Əgər sizdə Türkiyədə təhsil almaq istəyirsinizsə elə indi bizimlə əlaqə saxlaya bilərsiniz.

Bir millətin istiqbalında ən önəmli faktor təhsildir.

Bu gün inkişaf etmiş, inkişaf etməkdə olan və super gücə çevrilmiş bütün dövlətlər müəyyən zaman aralıqlarında böhran və bitiş dövrlərini yaşamışlar.

Halhazırda isə onlar dünyanın iqtisadi, siyasi və mədəni güc mərkəzlərinə çevrilmişlərdir. Burada təhsilin rolu şübhəsiz ki, ən başlıca amillərdəndir.

Zaman – zaman yaşadığı siyasi çevrilişlərlə sadəcə iqtisadiyyatı deyil, eləcə də təhsil sistemi ən çox zərər görən ölkələrdən biri də Türkiyədir. Ancaq buna baxmayaraq  Türkiyədə təhsil bu gün gerçək bir məslək sahibi olmaq və keyfiyyətli elmə yiyələnmək istəyən bir çox gəncin seçimidir.

Xaricdə təhsil gənclərimizə özünü inkişaf etdirmək, fərqli mədəniyyətləri tanımaq və daha yüksək donanıma sahib olmaq imkanı verir. Buna görə də, bu gün gənclər ölkəmizin prestijli universitetləri ilə yanaşı xaricdə təhsilə üstünlük verir. Bu istiqamətdə Türkiyədə təhsil günümüzdə daha aktualdır.

Türkiyədə təhsilin avantajları nələrdir deyə düşünərsək, bu sualın cavabı çox sadədir. Din, dil, milli mənsubiyyət, siyasi və mədəni yaxınlıq, eləcə də yaşam şərtləri gənclərimizi Türkiyədə təhsilə daha çox cəlb edir.

Qardaş ölkədə 186 universitet var ki, bunlardan da 119-u dövlət, 67-i özəl universitetdir. Türkiyədə təhsil səviyyəsinin yüksək standartlarda olması sadəcə Azərbaycandan deyil, dünyanın hər yerindən gənclərin buraya yönəlməsinə səbəb olur.  Sadəcə alimlər, elm adamları deyil, o cümlədən din adamları, hətta peyğəmbərimiz Hz. Məhəmməd “Beşikdən məzara qədər elm öyrənin”, “Elm Çində belə olsa arxasınca gedin”, ” Alimin 1 günlük çalışması zahidin 40 illik ibadətinə bərabərdir” deyərək təhsilin hər dövr üçün önəmini vurğulamışdır.

Yalnız gözəl karyera, yüksək yaşam tərzinə sahib olmaq üçün deyil, özümüzü cəmiyyətə faydalı yetişdirmək, kamilləşdirmək üçün də hər zaman təhsilin arxasınca qaçmalıyıq.

Bu gün Azərbaycan gəncliyi olaraq bizim üzərimizə düşən vəzifə yüksək təhsilə  yiyələnərək dövlətimizə və millətimizə, onun ışıqlı gələcəyinə az da olsa əmək vermək, faydalı olmaqdan ibarətdir. Buna görə də Türkiyədə təhsil və ümumilikdə xaricdə təhsil üçün Set’in gənclərimizə yaratdığı fürsəti və köməyi dəyərləndirib öz arzularınızı həyata keçirmək üçün tələsin. Gözəl və firavan həyat yalnız savadlı cəmiyyətlə mümkündür.

Attestatla Qəbul, Türkiyede Tehsil, İmtahansız Qəbul

Share to Google Buzz
Share to Google Plus
Share to LiveJournal
Share to MyWorld
Share to Odnoklassniki
Share to Yandex